Bir qrup hərbi qulluqçuya vaxtından əvvəl və növbəti hərbi rütbələr təqdim edilib – VİDEO

Bir qrup hərbi qulluqçuya vaxtından əvvəl və növbəti hərbi rütbələr təqdim edilib – VİDEO

Əlahiddə Ümumqoşun Orduda İkinci Qarabağ müharibəsinin iştirakçısı olmuş bir qrup hərbi qulluqçunun cəlb edildiyi ixtisas hazırlığı kursları başa çatıb. Müharibə vərdişlərinə yiyələnmiş döyüşçülərə vaxtından əvvəl və növbəti hərbi rütbələr təqdim edilib.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Buraxılış mərasimində Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev kursları başa vuran məzunları təbrik edərək gələcək xidmətlərində uğurlar arzulayıb.

Çıxışların ardından məzunlara rütbə və sertifikatlar təqdim edilib.

Məzunların ixtisaslarına uyğun vəzifələrə təyin olunmaları ilə bağlı imzalanmış əmrlər şəxsi heyətə çatdırılıb və tribuna önündən təntənəli keçid olub.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş