Birgə təlimlərdə quru qoşunları mürəkkəb taktiki elementləri məşq ediblər  – VİDEO

Birgə təlimlərdə quru qoşunları mürəkkəb taktiki elementləri məşq ediblər – VİDEO

Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin birinci mərhələsi Quru Qoşunları bölmələrinin iştirakı ilə davam edir.

Bu barədə Azeri Defence saytına Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bu mərhələdə Quru Qoşunlarının bölmələri mürəkkəb taktiki elementləri məşq ediblər.

Bölmələr müasir döyüş vasitələrindən istifadə edərək şərti düşmən hücumunun dəf edilməsi tapşırıqlarını yerinə yetiriblər.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş