Birinci vitse-prezident Mehriban Əliyeva: “Düşmənə layiqli cavab verilib və bu, hər zaman belə olacaq”

Birinci vitse-prezident Mehriban Əliyeva: “Düşmənə layiqli cavab verilib və bu, hər zaman belə olacaq”

Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq! Bizim torpağımız, Vətən uğrunda mübarizəmiz müqəddəsdir! Bizim işimiz haqq işidir və Allah bizimlədir!

“AzeriDefence”nin məlumatına görə, bunu Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün sosial media hesabında bildirib.

Mehriban Əliyeva bildirib ki, düşmənə layiqli cavab verilib və bu, hər zaman belə olacaq: “Biz daha da güclü olmalıyıq və olacağıq, daha sıx birləşəcəyik! Şəhid analarına və atalarına öz dərin kədərimi və hörmətimi bildirirəm. Bu çətin günlərdə Azərbaycan xalqı sizinlədir. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Yaralı əsgərlərimizə tezliklə şəfa versin! Allah Azərbaycanı və xalqımızı qorusun!”.

KATEQORIYA:
Bu xəbəri paylaş