BİTES şirkətindən Azərbaycana əməkdaşlıq təklifi

Türkiyənin BİTES şirkəti Azərbaycanın müdafiə və aviasiya sektorunda həyata keçirilən layihələrə qatılmağa hazırlaşır.
Türkiyədə 10 ilə yaxındır fəaliyyət göstərən BİTES bu ölkəninSilahlı Qüvvələrinin bütün komandanlıqları ilə çalışır. Şirkət indiyədək 30-a yaxın layihədə yer alıb və onların yarısı artıq uğurla başa çatdırılıb. Hazırda bir sıra layihələrin icrası davam etməkdədir.

BİTES Türkiyədə təqdim etdiyi məhsulları Azərbaycan Silahlı Qüvvələrinə də təklif edir. Bu yaxınlarda şirkət rəsmiləri Bakıya gələrək Azərbaycan Hərbi Hava Qüvvələri üçün təqdimat keçiriblər. Firma yetkililərinin sözlərinə görə, hazırda Birləşmiş Ərəb Əmirlikləri ilə görüşlər davam edir. Bu ölkənin Silahlıq Qüvvələri ilə Rusiya istehsalı olan BMP-3 döyüş maşınlarına virtual qulluq layihəsi üzrə müqavilə imzalanma mərhələsinə yaxınlaşıb. BİTES Türkiyə Silahlı Qüvvələrinin təlim mərkəzlərində geniş istifadə edilən kompüter bazalı tədris sistemləri və simulyasiya texnologiyalarını Azərbaycanın müvafiq qurumlarına təqdim etməyə hazırlaşır.

KATEQORIYA:
Bu xəbəri paylaş