BMC “Kirpi-II” MRAP-ların tədarükünü davam etdirir

BMC “Kirpi-II” MRAP-ların tədarükünü davam etdirir

BMC şirkəti tərəfindən istehsal olunan “Kirpi-II” minaya qarşı qorumalı nəqliyyat vasitələrinin (MRAP) Türkiyə Silahlı Qüvvələrinə çatdırılması davam etdirilir.

Bu barədə Azeri Defence saytı Türkiyə Müdafiə Sənayesi Komitəsinin (SSB) mətbuat xidmətinə istinadən məlumat verib.

4×4 təkər formuluna malik “Kirpi-II” mina və ballistik təhdidlərə qarşı dayanıqlıdır. Maşın CTIS mərkəzi təkər şişirtmə sistemi (təkər partladıqda imkanlar hesabına 40 km gedə bilir), run /flat təkərlər, avtomatik yanğınsöndürmə sistemi ilə təchiz olunub.

Birbaşa 800 km məsafə qət edə bilən “Kirpi-II”nin üzərinə müxtəlif silah sistemlərini qurmaq mümkündür. Zirehli maşın 13 desantı daşımaq qabiliyyətindədir. Türkiyə Silahlı Qüvvələri üçün “Kirpi”nin 2,5, 5 və 10 ton çəkili modelləri istehsal edilir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş