BMC şirkətinin zirehli pikapı seriyalı istehsala hazırdır

BMC şirkətinin zirehli pikapı seriyalı istehsala hazırdır

Türkiyənin BMC şirkəti tərəfindən Daxili İşlər Nazirliyinin sifarişi ilə yaradılmış 4×4 təkər formuluna malik “Tulga” adlı zirehli pikapın seriyalı istehsala gedəcək versiyası hazırdır.

“AzeriDefence”nin məlumatına görə, BMC şirkəti sosial media səhifəsində bununla bağlı məlumat paylaşıb.

Məlumatda Daxili İşlər naziri Süleyman Soylu və Jandarma Baş Komandanı ordu generalı Arif Çətinin maşınla tanış olub seriyalı istehsala hazır nümunələri imzaladıqları qeyd edilib.

4×4 təkər formuluna malik zirehli pikap 250 at gücündə mühərriklə təchiz olunub. Sürücü daxil olmaqla 5 nəfər heyət daşıyan zirehli pikapın yük bölməsinə müxtəlif silahlar qurula biləcək.

KATEQORIYA:
Bu xəbəri paylaş