BMT İP rezident əlaqələndiricisi ANAMA-da olub

Birləşmiş Millətlər Təşkilatının (BMT İP) Azərbaycandakı rezident əlaqələndiricisi, BMT İnkişaf Proqramının (BMT İP) rezident nümayəndəsi Qulam İsakzai Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdə (ANAMA) olub.

Bu barədə “AzeriDefence”yə ANAMA-nin mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı 1998-ci ildən etibarən ANAMA ilə BMT arasında olan əməkdaşlıq barədə müzakirələr aparılıb. ANAMA-nın direktoru Qəzənfər Əhmədov ANAMA ilə BMT-nin birgə layihəsi üzrə həyata keçirilən fəaliyyət barədə məlumat verib. Görüşdə milli minatəmizləmə strategiyasının əsas aspektləri, donorlarla əməkdaşlıq, uzun və qısa müddətli strategiyalar da müzakirə olunub.

Sonda ANAMA-nın əməliyyatlar üzrə mütəxəssisi Tural Məmmədzadə agentliyin fəaliyyətini əks etdirən prezentasiya təqdim edib.

KATEQORIYA:
Bu xəbəri paylaş