BMT minaların təmizlənməsi üzrə missiyanı Dağlıq Qarabağda yerləşdirməyi planlaşdırır

BMT minaların təmizlənməsi üzrə missiyanı Dağlıq Qarabağda yerləşdirməyi planlaşdırır

BMT Ərazilərinin Minalardan Təmizlənməsi Xidməti dekabr ayının əvvəllərində təcili olaraq xüsusi bir missiyanın yerləşdirilməsi üçün Dağlıq Qarabağda lazımi yardımı qiymətləndirməyə başlamağı planlaşdırır.

Azeri Defence saytı TASS-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Sülhməramlı Əməliyyatlar Departamentinin rəsmi nümayəndəsi məlumat verib.

BMT rəsmisi bildirib ki, Ərazilərinin Minalardan Təmizlənməsi Xidməti təmsil etdiyi qurumun digər ofisləri və yerlərdəki ölkə təmsilçiləri ilə koordinasiya edilərək, bir missiyanın Dağlıq Qarabağda təcili yerləşdirilməsi üzərində işləyir.

Onun sözlərinə görə, çox güman ki, lazımi yardımın qiymətləndirilməsi dekabrın əvvəlində başlayacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş