Boeing ABŞ Ordusu üçün yüksək enerjili mobil lazer silahı hazırlayacaq

Boeing şirkəti HEL MD proqramı çərçivəsində daha güclü mobil lazer silahının hazırlaması üçün ABŞ Ordusu ilə 16,18 milyon dollar dəyərində üçillik müqavilə bağlayıb. “AzeriDefence”nin məlumatına görə, sistem 10 KVT qatı lazer gücü qurğusuyla təchiz edilib və yüksək keçicilik qabiliyyətinə malik avtomobildə yerləşir.

HEL MD kompleksinin çöl sınaqlarının gələn il ərzində keçirilməsi planlaşdırır. Kompleks qoşunları raketlərdən, artilleriya və minaatan mərmilərindən, pilotsuz uçuş aparatlarından müdafiə edəcək. Müqavilə çərçivəsində daha yüksək enerjiyə malik sistemin hazırlanması nəzərdə tutulur.

KATEQORIYA:
Bu xəbəri paylaş