“Boeing” Qətərin “Apache”lərinin istehsalını tamamlayıb

“Boeing” Qətərin “Apache”lərinin istehsalını tamamlayıb

ABŞ-ın “Boeing” şirkəti Qətər üçün tədarük etdiyi AH-64E “Apache” hücum helikopterlərində istehsal prosesinin sonuna çatıb.

“AzeriDefence” xəbər verir ki, bu barədə “Boeing” şirkəti məlumat yayıb. “Boeing”in Arizona ştatındakı müəsissəsində AH-64E “Apache” helikopterlərinin uçuş sınaqları da tamamlanıb.

Qətər ilə “Boeing” şirkəti arasında 2016-cı ilin iyununda imzalanmış müqaviləyə əsasən Qətər Hərbi Hava Qüvvələrinə 24 ədəd AH-64E “Apache Guardian” döyüş helikopterinin tədarükü nəzərdə tutulub. Sifarişin 2020-ci ilin may ayının sonuna qədər sifarişçiyə təhvil verilməsi planlaşdırılıb. Qeyri-müəyyən səbəblərə görə, helikopterlərin çatdırılması ləngiyib.

Müqavilə çərçivəsində ilk AH-64E “Apache Guardian” 2019-cu il martın 14-də Qətərə çatdırılıb. Müqavilədə göstərilən sifarişlər başa çatdırıldaqdan sonra, Qətər daha 24 ədəd AH-64E “Apache Guardian” helikopteri almağı planlaşdırır.

ABŞ Dövlət Departamenti artıq növbəti 24 ədəd AH-64E “Apache Guardian” helikopterin Qətərə satılmasını təsdiq edib. Bununla Qətər aviasiya parkında yer alacaq AH-64E “Apache Guardian” helikopterlərinin sayı 48-ə çatdırılacaq.

 

KATEQORIYA:
Bu xəbəri paylaş