“Boeing” səsdən sürətli təyyarənin konseptual modelini nümayiş etdirib

ABŞ-ın “Boeing” şirkət səsdən sürətli təyyarənin konseptual modelini ilk dəfə sərgiyə çıxarıb.

“AzeriDefnce” xəbər verir ki, “Aviation Week Aerospace Daily”nin yaydığı məlumata görə, yeni model Florida ştatının Orlando şəhərində keçirilən “SciTech” forumuda nümayiş olunub.

Yeni təyyarə 1998-ci ildə ABŞ Ordusunun silahlanmasından çıxarılan SR-71 “Blackbird” kəşfiyyat təyyarəsini əvəz edəcək.

Şirkət mütəxəssislərinin sözlərinə görə, yeni təyyarə “5 Mach” sürətinə sahib olacaq. “Boeing” şirkəti F-16 səviyyəsindəki tək mühərrikli konsepsiya platformanın uçuş testlərinə başlayıb, SR-71 ilə eyni ölçülərdə iki mühərrikli operativ platformayla davam edəcək iki mərhələli bir proses həyata keçirəcək.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş