“Boeing” şirkəti 2500-cü “Apache”ni sifarişçiyə çatdırıb

“Boeing” şirkəti 2500-cü “Apache”ni sifarişçiyə çatdırıb

ABŞ “Boeing” şirkəti tərəfindən istehsal edilən 2500-cü AH-64E “Apache Guardian” döyüş helikopteri sifarişçiyə çatdırılıb.

Bu barədə “AzeriDefence” “Boeing” şirkətinə istinadən məlumat verib.

“Boeing” şirkətinin Arizona ştatının Mesa şəhərindəki zavodunda istehsal edilən “Apache” helikopterləri bu günə qədər Amerika Birləşmiş Ştatları ilə yanaşı dünyanın müxtəlif ölkələrində xidmət göstərir. Ən son olaraq, bu yaxınlarda “Boeing” Mərakeş tərəfindən AH-64E “Apache Guardian” döyüş helikopterlərinin tədarükünə dair sifariş alıb.

Ümumilikdə, 1997-ci ildən əvvəl 937 AN-64A modifikasiya helikopteri, 1997-ci ildən 2013-cü ilə qədər 1000-dən çox AN-64D helikopteri, 2011-ci ildən isə bu günə qədər 500-dən çox AN-64E indeksli helikopter istehsal edilib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş