“Boeing” şirkəti NATO-nun AWACS təyyarələrini modernləşdirir

“Boeing” şirkəti NATO üçün modernləşdirilmiş ilk E-3A – AWACS (Havadan Xəbərdarlıq və Nəzarət) təyyarəsini sifarişçiyə təhvil verib.

“AzeriDefence” “Boeing” şirkətinin saytına istinadən məlumat verib.

Məlumatda o da qeyd olunub ki, NATO-nun istismarında 14 AWACS təyyarəsi mövcuddur.

257 milyon dollar dəyərində olan bu razılaşma çərçivəsində “Boeing” şirkəti NATO-nun balansındakı bütün təyyarələri 2018-ci ilin sonuna qədər modernləşdiriləcək.

Modernləşdirilmədə məqsəd sözügedən təyyarələrin əməliyyata hazırlıq səviyyəsinin yüksəldilməsi və əməliyyat xərclərinin azaldılmasından ibarətdir.

KATEQORIYA:
Bu xəbəri paylaş