Boliviya Çin istehsalı olan helekopterlər alır

Boliviya hökuməti Çin istehsalı olan 6 ədəd H-425 helekopterlərini almaq üçün 135,2 milyon dollarlıq müqavilə imzalamağı planlaşdırır. “AzeriDefence”nin məlumatına görə, helekopterlərin hər biri 9,8 milyon dollara olmaqla, ümumi məbləğ 58,8 milyon dollar edir. Qalan məbləğ isə ehtiyat hissələrin, sığorta, nəqliyyat və digər xərclər üçün ödəniləcək. Razılaşmaya pilotların təlim-tədrisi məsələləri də daxil edilib.

Boliviya inkişaf və planlaşdırma naziri Viviana Karo deyib ki, eyni təyinatlı helekopterlərin birini Hindistan 10 milyon, Rusiya 12 milyon, Çin isə 9,8 milyon dollara satışa çıxarır.

KATEQORIYA:
Bu xəbəri paylaş