Bolqarıstan hərbi xərclərini 3.9 faiz artırır

Bolqarıstan 2018-ci il üçün müdafiə və təhlükəsizlik xərclərini 3.9 faiz artıracaq.

“AzeriDefence” xarici mətbuata istinadən xəbər verir ki, bu haqda məlumat Bolqarıstan Maliyyə Nazirliyi tərəfindən hazırlanan 2018-ci il üçün büdcə layihəsində göstərilib.

Ölkənin Maliyyə Nazirliyi 2018-ci ilin büdcəsindən müdafiə və təhlükəsizlik xərclərinə 4.4 milyard lev (2.64 milyard ABŞ dolları \ 2.25 milyard avro) ayırmağı təklif edib.

Maliyyə Nazirliyi tərəfindən 2019-2020-ci illər üçün verilmiş proqnoza əsasən, Bolqarıstan həmin illər ərzində müdafiə və təhlükəsizlik xərcləri səviyyəsini 3.5% və 3.8% azaltmağı planlaşdırır.

Bildirilib ki, Bolqarıstan 2017-ci ildə müdafiə və təhlükəsizlik xərclərinə 4,2 milyard lev (proqnozlaşdırılan 4.5% vəsait) ayırıb. Güman edilir ki, 2018-ci ildə bu xərclər 3.9% artacaq.

Bu ilin iyununda Müdafiə Nazirliyi bildirib ki, 2017-ci ildən 2029-cu ilə qədər silahlanmaya 3.54 milyard lev xərcləmək niyyətindədirlər. Bu layihələrin sırasına 1.5 milyard levə döyüş təyyarələrin alınması daxildir. Quru Qoşunları üçün 1.22 milyard levə silah-sursat və 820 milyon levə çoxfunkiyaslı patrul gəmisi alınması planlaşdırılır.

KATEQORIYA:
Bu xəbəri paylaş