Bolqarıstan sovet döyüş təyyarələrini “arxiv”ə göndərir

Bolqarıstanın Müdafiə Şurası yeni döyüş təyyarələrinin alınması ilə bağlı layihəni təsdiq edib.

“AzeriDefence”nin yerli mediaya istinadən verdiyi məlumatına görə, Bolqarıstanın müdafiə naziri Nikolay Nençev deyib ki, artıq dövlət büdcəsindən yeni təyyarələrin alınması məqsədilə ilkin ödəmə üçün 45 milyon ABŞ dolları ayrılacaq.

Onun sözlərinə görə, ölkəsi “Typhoon”, “Gripen” və F-16 təyyarələrindən birinin alınmasını nəzərdə tutur.

yaxın 3-4 il ərzində sovet təyyarələrindən ibarət park təmamilə yenilənəcək və bəlli olduğu kimi, bu məsələdə qərb istehsalına üstünlük veriləcək.

Xatırladaq ki, hazırda Bolqarıstanın Hərbi Hava Qüvvələrinin təyyarə parkında MiQ-29 və Su-25-lər mövcuddur.

KATEQORIYA:
Bu xəbəri paylaş