Böyük Britaniya E-7 AEW&C təyyarələri alacaq

Böyük Britaniya E-7 AEW&C təyyarələri alacaq

“Boeing” şirkəti Böyük Britaniya Hərbi Hava Qüvvələrinə E-7 “Wedgetail” adlı AEW&C havadan erkən xəbərdarlıq və nəzarət təyyarələri tədarük edəcək.

Bu barədə “AzeriDefence” “Janes” nəşrinə istinadən məlumat verib.

“Boeing” şirkəti Mk1 (AEW1) satınalma proqramı çərçivəsində Böyük Britaniya Hərbi Hava Qüvvələrinin ehtiyacını qarşılamaq üçün 5 ədəd E-7 AEW&C havadan erkən xəbərdarlıq və nəzarət təyyarəsi istehsal edəcək.

Yeni E-7 AEW&C-lər Böyük Britaniya HHQ-nin aviasiya parkında yer alan köhnə E-3D “Sentry” adlı AEW&C havadan erkən xəbərdarlıq və nəzarət təyyarələrini əvəz edəcək.

KATEQORIYA:
Bu xəbəri paylaş