Böyük Britaniya ordusu da JİM LR binokullarına üstünlük verdi

SAGEM şirkəti Böyük Britaniya ordusu üçün yeni nəsil JİM LR çoxfunksiyalı binokulların istehsalı üzrə tenderin qalibi olub.
“AzeriDefence”nin məlumatına görə, tenderin məbləği 6 milyon avro dəyərindədir.

Binokulla səhər və gecə görüntülərini, düşmənin və hədəfin uzaqdan dəqiq müəyyən edilməsini, kəşfiyyat hərəkətlərini həyata keçirmək mümkündür.

Yeni qurğu rəqəmsal texnikanın geniş tətbiqi proqramının hissəsidir və hərbi qulluqçunun geyiminin yeni dəstinin komanda-koordinasiya sistemləri ilə tam uzlaşdırılmışdır.

JİM LR silahlı qüvvələrin bütün qoşun növləri üçün istifadəsi əhəmiyyətli olan qurğu kimi xarakterizə olunur. Artıq NATO silahlı birləşmədə bu binokulların sayını 5 minə çatdırıb.

KATEQORIYA:
Bu xəbəri paylaş