Böyük Britaniya Ordusu “Mission Master” sürücüsüz nəqliyyat vasitələri alır

Böyük Britaniya Ordusu “Mission Master” sürücüsüz nəqliyyat vasitələri alır

Böyük Britaniya Silahlı Qüvvələri Almaniyanın “Rheinmetall” şirkətinə 4 ədəd “Mission Master” sürücüsüz nəqliyyat vasitəsi sifariş verib.

Bu barədə “AzeriDefence”ə “Rheinmetall” şirkətindən məlumat verilib.

Yüklərin daşınması üçün konfiqurasiya edilmiş bu sürücüsüz nəqliyyat vasitələri Birləşmiş Krallığın “Robotic Platoon Vehicle” proqramının bir hissəsi olacaq.

Proqram sürücüsüz nəqliyyat vasitələrinin qoşunların döyüş effektivliyinin səviyyəsini artıra biləcəyini müəyyən etmək üçün hazırlanıb.

Sifariş verilmiş “Mission Master – Cargo” nəqliyyat vasitəsi 2020-ci ilin yazında təhvil veriləcək. 2019-cu ilin sonunda yerləşdirilən sifarişdə təlim və xidmət dəstəyi ilə yanaşı ehtiyat hissələrin tədarükü yer alır.

Nəqliyyat vasitələri “Rheinmetall Canada” şirkəti tərəfindən təmin ediləcək.

“Mission Master – Cargo” yarım tona qədər yük daşıma qabiliyyətinə malikdir.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş