Böyük Britaniya Silahlı Qüvvələrinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycan Müdafiə Nazirliyi ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Silahlı Qüvvələri arasında ikitərəfli əməkdaşlıq planına əsasən 160-cı briqadanın komandiri briqada generalı Martin Qambelin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdədir.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) və sülhməramlı taborlarında keçirilən görüşlərdə britaniyalı nümayəndə heyətinə Silahlı Qüvvələrimizin müxtəlif ordularla qarşılıqlı əməliyyat uyarlılığının əldə edilməsi, həmçinin sülhməramlı əməliyyatlara töhfəsi ilə bağlı ətraflı məlumat verilib.

Görüşdə Azərbaycan Silahlı Qüvvələrinin Böyük Britaniyanın 160-cı briqadası ilə ƏİK proqramı və sülhməramlı əməliyyatlar çərçivəsində əməkdaşlıq prespektivləri müzakirə edilib.

Britaniyalı nümayəndə heyəti ƏİK və sülhməramlı taborların xidmət yerləri, onlar üçün yaradılan sosial-məişət və təlim şəraitləri ilə tanış olub.

Azərbaycana səfərindən məmnunluğunu ifadə edən general Martin Qambel hər iki ölkənin Silahlı Qüvvələri arasında əməkdaşlığın gücləndirilməsi üçün geniş potensialın olduğunu bildirib.

KATEQORIYA:
Bu xəbəri paylaş