Böyük Britaniya yeni raket proqramının icrasına başlayır
Böyük Britaniyada yeni raket və zenit-raket sistemlərinin yaradılması proqramı ilə bağlı sənəd təsdiq olunub.
“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, bunu Böyük Britaniyanın müdafiə məsələləri üzrə dövlət katibi Maykl Fellon deyib.
O bildirib ki, “Meteor” və “Common Anti-air Modular Missile” (CAMM) “hava-hava” raket sistemlərinin, o cümlədən gəmilər üçün nəzərdə tutulan “Sea Viper” zenit-raket kompleksinin yaradılmasına dair proqramın həyata keçirilməsi üçün müqavilə imzalanıb.
Proqram MBDA şirkəti ilə həyata keçiriləcək. Layihənin dəyəri 690 mln ABŞ dolları olacaq.
“Meteor” raketi kral Hərbi Hava Qüvvələrinin F-35V döyüş təyyarələrinə inteqrasiya olunacaq. 2018-ci ildən başlayaraq raketlər silahlanmaya daxil ediləcək.
Adıçəkilən raket yeni unikal mühərriklə təchiz olunub. Bu da ona hədəfə dəqiq zərbə endirməyə imkan verəcək.