Böyük Britaniyanın müdafiə naziri istefa verib

Böyük Britaniyanın müdafiə naziri Maykl Fellon istefa verib.

“AzeriDefence” xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Bildirilib ki, M.Fellon vəzifə borcu ilə bağlı ümidləri doğrultmadığına görə postundan istefa verib.

Bundan əvvəl M.Fellon 2002-ci ildə Mühafizəkarlar partiyasının konfransında jurnalist Culiya Hartliyə qarşı qeyri-etik hərəkət etdiyini etiraf edib.

KATEQORIYA:
Bu xəbəri paylaş