Böyük Britaniyanın “Salamanka” Orkestri DSX Orkestri ilə birgə çıxışlar təşkil ediblər – FOTOLAR

Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Krallığının Müdafiə Nazirlikləri arasında hərbi əməkdaşlıq planına uyğun olaraq, Krallığın “Salamanka” və Azərbaycan Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrinin iyunun 12-də birgə çıxışından sonra Krallığın orkestr qrupunun tədbirlər proqramı davam edir.

“Azeridefence”nin məlumatına görə, iyunun 13-də Böyük Britaniyanın “Salamanka” Orkestri Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Nümunəvi Hərbi Orkestri ilə birgə Fəvvarələr Meydanında çıxışlar təşkil ediblər.

Çox saylı izləyicinin marağına səbəb olan orkestrın çıxışları yerli və əcnəbi kompozisiyalarla davam edib.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrı möhtəşəm xarici kompozisiyalar ifa etməklə yaddaşlarda qalıb.

Xatırladaq ki, 2013-cü ildə ilk dəfə Azərbaycanın Dövlət Sərhəd Xidmətinin Orkestri dünyaca məşhur “Oppa Gangam Style” mahnısını ifa edib.

KATEQORIYA:
Bu xəbəri paylaş