Böyük Vətən müharibəsi iştirakçıları yubiley medalı ilə təltif ediləcək – SƏRƏNCAM

Böyük Vətən müharibəsi iştirakçıları yubiley medalı ilə təltif ediləcək – SƏRƏNCAM

Prezident İlham Əliyev Böyük Vətən müharibəsi iştirakçılarının “Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945–2020)” Azərbaycanın yubiley medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Bu barədə “AzeriDefence” Preidentin saytına istinadən məlumat verib.

Sərəncama əsasən, 1941–1945-ci illər Böyük Vətən müharibəsi cəbhələrində döyüş əməliyyatlarında iştirak etmiş, faşist işğalçılarına qarşı gizli mübarizə aparmış, arxa cəbhələrdə çalışmış, həmin dövrdə SSRİ Silahlı Qüvvələrində xidmət etmiş şəxslər “Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945–2020)” Azərbaycanın yubiley medalı ilə təltif ediləcəklər.

Nazirlər Kabinetinə “Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945–2020)” Azərbaycanın yubiley medalının və onun vəsiqəsinin hazırlanması ilə əlaqədar tədbirlər görmək və yubiley medalı ilə təltif olunacaq şəxslərin siyahısının tərtib edilməsini və medalların təqdim olunmasını təmin etmək tapşırılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş