Böyük Vətən müharibəsi veteranlarına ərzaq yardımları çatdırılıb

Böyük Vətən müharibəsi veteranlarına ərzaq yardımları çatdırılıb

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının nümayəndə heyəti Şəmkir rayonunda qocaman müharibə veteranlarına ərzaq yardımları çatdırıb.

Bu barədə “AzeriDefence”ə Respublika Veteranlar Təşkilatından məlumat verilib.

Respublika Veteranlar Təşkilatının nümayəndə heyəti Böyük Vətən Müharibəsi veteranlarının hər birinin evində olaraq ərzaq məhsullarından ibarət sovqatları onlara təhvil veriblər.

Məlumatda o da qeyd olunub ki, “Biz birlikdə güclüyük!” çağırışına əsasən 245 müharibə veteranına dəstək olmaq məqsədilə ərzaq yardımlarının paylanılması Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə həyata keçirilir.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş