Böyük Vətən Müharibəsində Sovet silahları: Top 5  

Sovet əsgəri müharibədə nə ilə döyüşürdü?

Müharibə illərində Tula, İjevsk və Bakıdakı zavodlar Sovet ordusunun silah tələbatına böyük töhvə veriblər.

1941-ci ildə hər gün bu zavodlarda 12 minə qədər tüfəng orduya təhvil verilirdi.

1.“Mosina”nın ilk nümunəsi 1891-ci ildə 7,62 mm-lik kalibirdə yaradılıb. Ümumilikdə 37 milyon ədəd “Mosina” istehsal olunub.

Təkcə 1941-1945-ci illərd 11 milyon “Mosina” tüfəngi istehsal olunaraq, silahlanmaya verilib.

3

2. “Şpaqin” (PPŞ) pistolet-pulemyotu tipli silah olub, 7,62 mm-lik kalibirlidir. PPŞ-41 — 1940-cı ildə konstruktor Georgi Şpaqin tərəfindən ixtira edilib və 21 dekabr 1941-ci ildə Sovet Ordusu tərəfindən silahlanmaya qəbul olunub. PPŞ-41-in istehsalı eyni zamanda Bakı da daxil olmaqla bir sıra SSRİ şəhərlərində həyata keçirilib.

Ümumilikdə isə 6 milyon ədəd istehsal edilib.

Müharibədən sonrakı illərdə, silah Çində kopyalanmış və Koreya yarımadasındakı müharibə zamanı Çin quru qoşunlarının əsas döyüş silahı olub. 1980-ci illərdə isə silahdan Livan və Afrikada geniş istifadə edilib. Zəif qaytarma gücünə və 150 metrə qədər dəqiq nişangah məsafəsinə malik olan PPŞ-41, istismar zamanı yüksək etibarlılığı ilə fərqlənir. PPŞ-41 silahı iki tipdə: standart 35 gülləli daraq və 71 gülləli xəzinə ilə buraxılırdı.

4

3. TT 7,62 mm-lik yarımavtomat tapançadır. TT-33 olaraq da bilinir. TT-nin açıqlaması “Tula-Tokarev”dir. 1930-cu ildə Rusiya silah mühəndisi Fedor Tokarevin ixtirası ilə yaradılıb.

Standart güllə darağı 8 ədəd mərmi daşıyır. Bu silah Sovet Ordusunun İkinci dünya müharibəsi və Koreya müharibəsində standart tapancası olub. 1934-1952-ci illər arasında istehsal olunan silahın modifikasiyası günümüzə qədər uzanıb.

Ümumilikdə 1 milyon 740 min ədəd istehsal olunub.

7

4. “Maksim” pulemyotu 1883-cü ildə britaniyalı silah ustası Hayrem Stivens Maksim tərəfindən yaradılıb.

Dəzgahlı pulemyot olan silah özünü Birinci dünya müharibəsində yaxşı göstərib. Rusiyada isə bu silah 1910-cı ildən istehsal olunmağa başlayıb. Elə həmin ildən də silahlanmaya daxil edilib.

Modernləşdirilmiş bu variantı 7,62 kalibirli olub. Silah Tula Silah Zavodunda istehsal edilib. Çəkisi 5,2 kq olub. Təkərli oturacağa malik olan pulemyot 2700 metr məsafədə hədəfi məhv edə bilib.

1924-cü ildə isə Feodor Tokarev “Maksim” pulemyotu üzərində əlavə modernləşmə işləri aparıb.

1941-ci ildə Tula Silah Zavodunda baş mühəndis Tronenkovun rəhbərliyi altında Lubeneç və Kazarin tərəfindən silah son dəfə modernləşdirilib və daha güclü texniki xarakteriskaya malik olub.

Îáîðîíà Ìîñêâû

5. Piyada əleyhinə DP Deqtryapeva pulemyotu 1928-ci ildən silahlanmaya qəbul olunub.

İstifadə müddətində 800 minə yaxın DP istehsal edilib.

SSRİ-nin ilk avtomat silahlarından sayılır. Pulemyotun kütləvi istehsalı və istifadə dövrü Böyük Vətən Müharibəsi illərinə düşür.

Müharibənin son illərində pulemyot DPM adı ilə modernləşmiş şəkildə ordunun silahlanmasına verilib. Silahın döyüş imkanı 80 güllədən sonra problem olduğuna görə, pulemyotdan qısa atəş açmaqla istifadə edirdilər.

10983576_852001348225114_2518284274831806037_n

 

KATEQORIYA:
Bu xəbəri paylaş