BQXK-nin regional nümayəndəsi Daxili Qoşunlarda olub

BQXK-nin regional nümayəndəsi Daxili Qoşunlarda olub

Fevralın 25-də Daxili Qoşunlar komandanının müavini-Şəxsi heyət üzrə İdarənin rəisi general-mayor Vidadi Əliyev Daxili Qoşunların Baş İdarəsində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin Polis və Təhlükəsizlik qüvvələri üzrə regional nümayəndəsi Halit Bulanıklını qəbul edib.

Bu barədə “AzeriDefence”yə Daxili Qoşunların mətbuat mərkəzindən məlumat verilib.

General-mayor Vidadi Əliyev son illərdə Daxili İşlər Nazirliyi və onun tərkib hissəsi olan Daxili Qoşunlarla BQXK-nın Azərbaycandakı Nümayəndəliyi arasında əlaqələrin çox uğurla davam etdirildiyini bildirib.

BQXK tərəfindən icra olunan kurs və seminarların polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları üçün faydalı olduğunu qeyd edən komandan müavini bu fəaliyyətlərin gələcəkdə də davam etdirilməsinə böyük maraq olduğunu qonağın diqqətinə çatdırıb.

Halit Bulanıklı hazırda həm DİN və Daxili Qoşunlarla BQXK-nın Azərbaycandakı Nümayəndəliyi arasında əməkdaşlığın uğurla davam etməsinin təqdirəlayiq olduğunu qeyd edərək, əlaqələrin gələcəkdə də eyni şəkildə davam etməsinə əminliyini ifadə edib.

Görüşün sonunda qonağa hədiyyə təqdim olunub, xatirə şəkli çəkilib.

Sonra qonaqlar Daxili Qoşunların Ali Hərbi Məktəbində olublar. Məktəb rəisi general-mayor İlqar Məmmədov ilk olaraq onları kursantların tədris proqramı ilə tanış edib. “Beynəlxalq humanitar hüquq” və “Beynəlxalq insan haqları hüququ” mövzularında kurs və ya konfransların təşkili məsələsi müzakirə olunub.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş