Braziliya ilk “Gripen-E” döyüş təyyarəsini təhvil alıb

Braziliya ilk “Gripen-E” döyüş təyyarəsini təhvil alıb

Braziliya Hərbi Hava Qüvvələrinin ehtiyaclarını qarşılamaq üçün İsveçin “Saab” şirkəti tərəfindən istehsal edilən F-39 “Gripen-E” döyüş təyyarəsi ilk uçuşnu edib.

Bu barədə Azeri Defence saytı “Saab” şirkətinə istinadən məlumat verib.

F-39 “Gripen-E” döyüş təyyarəsi Naveqantes aviasiya bazasında Gaviao Peixotodakı “Embraer” müəssisəsinə uçub. Təyyarənin rəsmi təqdimatının oktyabrın 23-də Braziliyanın Hərbi Hava Qüvvələri Günü qeyd olunacaq mərasimdə keçirilməsi planlaşdırılır.

“Saab” şirkətinin prezidenti və icraçı direktoru Micael Johansson bildirib ki, “Gripen-E” təyyarəsinin Braziliyaya gəlməsi və ilk uçuşu Braziliya Gripen proqramının əsas mərhələləridir. “Gripen-E” təyarələrinin Braziliya HHQ-ə çatdırılması proqram çərçivəsində davam etdiriləcək.

Braziliya və İsveç arasında imzalanmış müqaviləyə əsasən Braziliya HHQ-ə 36 ədəd Gripen E / F təyyarəsinin tədarükü nəzərdə tutulub. 2021-ci ildən 15 ədəd təyyarənin Braziliyada qurulmuş birgə müəssisədə istehsalı başlayayacaq.

 

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş