Braziliya Ordusu “Guarani”nin yeni versiyası üçün Iveco ilə anlaşdı

Braziliya Ordusu piyada qoşunların istifadəsi üçün “Guarani” zirehli nəqliyyat vasitəsinin yeni versiyasının hazırlanması üçün Iveco şirkəti ilə razılığa gəlib. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Iveco şirkəti məlumat yayıb.

Braziliya Ordusunun elm və texnika Şöbəsi ilə razılaşma kəşfiyyat və sanitar maşınların hazırlanmasını özündə əhatə edir. Yeni təklif 2009-cu ildə tərəflər arasında imzalanmış 2044 ədəd 6×6 “Guarani” və VBTP platformalarının çatdırılmasına dair sazişin davamıdır. Yeni maşınlar Braziliyada istehsal ediləcək. Nəqliyyat vasitələrinin hansı konfiqurasiyalarda olacağı barədə qərarın yaxın həftələrdə qəbulu gözlənilir.

KATEQORIYA:
Bu xəbəri paylaş