Braziliya Ordusunun yeni hücum tüfəngi

Braziliya Ordusu IMBEL IA2 hücum tüfəngini silahlanmaya qəbul edib. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə forte.jor.br saytı məlumat yayıb.

IMBEL şirkəti tərəfindən hazırlanmış hücum tüfəngi Braziliya Ordusunun silahlanmasındakı xarici istehsal FAL, M16A2 və HK33 atıcı silahının xarici nümunələrinin əvəzetməsi üçün nəzərdə tutulub.

Tüfəngin 5.56 və 7.62 mm çaplı versiyaları mövcuddur. Effektiv atış uzaqlığı 600-900 metr təşkil edir. Silahın darağı 20-30 patron tutur. Tüfəngin uzunluğu 740-993 millimetr, çəkisi 3.2-3.7 kq təşkil edir

KATEQORIYA:
Bu xəbəri paylaş