Braziliya Rusiyanın “Pantsir-S1” kompleksindən imtina edib

Braziliya Rusiya istehsalı olan “Pantsir-S1” zenit raket-top kompleksini almaqdan imtina edib.

“AzeriDefence”nin “Jane’s Defence”ə istinadən verdiyi məlumatına görə, bir neçə il aparılan danışıqlara baxmayaraq, Braziliya 3 batareya “Pantsir-S1”in satınalınması ilə bağlı qərarı ləğv edib.

Məsələ ilə əlaqədar Braziliya Müdafiə Nazirliyi rəsmi açıqlama yaymasa da, təkzib xarakterli məlumatda verilməyib.

Qeyd edək ki, 2013-cü ildə Braziliya ilə Rusiya arasında “Pantsir-S1”in alınması ilə bağlı danışıqlara başlanılıb və müsbət qərar verilib.

Satınalma proqramının dəyəri 1 milyard ABŞ dolları olub.

 

KATEQORIYA:
Bu xəbəri paylaş