Braziliya Silahlı Qüvvələri 386 ədəd M113 zirehli maşının modernləşdirib

Braziliya Silahlı Qüvvələri 386 ədəd M113 zirehli maşının modernləşdirib

Braziliya Silahlı Qüvvələrinin texnika parkında yer alan M113 piyada döyüş maşınlarının modernləşdirilməsi tamamlanıb.

Azeri Defence saytının məlumatına görə, bu barədə “Defensa Aerea” məlumat yayıb.

2010-cu ildən VBTP M113 proqramı çərçivəsində modernizasiya edilən M113 zirehli maşınların son partiyası Braziliya Silahlı Qüvvələrinə təhil verilib.

Dövlət proqramı çərçivəsində Braziliya Ordusunun ümumilikdə 386 ədəd M113 zirehli transportyoru modernləşdirilib.

Modernizasiya nəticəsində M113 piyada döyüş maşınlarının xidmət müddətinin ən azı 20 il uzadıldığı bildirilib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş