Braziliya yenilənmiş A-1M qırıcıları alır

Yenilənmiş A-1M qırıcısının ilk uçuşu bu ayın sonuna qədər reallaşdırıla bilər.
“AzeriDefence”nin məlumatına görə, Braziliya Hərbi Hava Qüvvələrinin (HHQ) silahlanmaya daxil edəcəyi yüngül çəkili bu qırıcılar hazırda “Embraer” şirkətində yenilənmə mərhələsindədirlər. A-1М yeni texniki xarakteriskası haqda isə bildirilib ki, təyyarəyə HOTAS idarəetməsi daxil edilib. Ən diqqəti çəkən məqam isə mərminin istifadəsi zamanı “hədəf işarəsi” sisteminin və lazer görmə prosesinin sona qədər idarə olunmasıdır.
Hazırda “Embraer” bu model təyyarələrin 43-nün modernləşdirilməsi istiqamətində işləri davam etdirir. A-1M-in tam şəkildə silahlanmaya verilməsi prosesi isə 2017-ci ildə yekunlaşdırılacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş