Britaniya Hindistan Ordusu üçün haubitsa istehsal edəcək

Böyük Britaniyanın “BAE Systems” şirkəti Hindistan Ordusu üçün 145 ədəd M777 haubitsa istehsal edəcək.

“AzeriDefence”nin məlumatına görə, bu barədə “BAE Systems” şirkətinin rəsmi saytında bildirilib.

M777 haubitsalarının satışı ABŞ və Hindistan arasında imzalanan müqavilə çərçivəsində həyata keçirilir.

Müqavilənin dəyəri 542 milyon ABŞ dolları təşkil edir. İlk haubitsaların 2017-ci ilin iyun ayında Hindistan Ordusunun silahlanmasına daxil edilməsi planlaşdırılır.

155 mm-lik M777 haubitsanın ağırlığı 4 200 kq, maksimum atış mənzili 40 km təşkil edir.

Hazırda bu haubitsalardan ABŞ, Kanada, Avstraliya və Hindistan ordularında istifadə olunur.

KATEQORIYA:
Bu xəbəri paylaş