Britaniya Ordusu günəş enerjisi ilə işləyən PUA-lar alır 

Böyük Britaniya Müdafiə Nazirliyi uzun müddət havada qala biləcək pilotsuz uçuş aparatının (PUA) alınması üçün danışıqlar aparır.

“AzeriDefence” Britaniya mediasına istinadən xəbər verir ki, ilkin olaraq 2 belə PUA-nın alınması nəzərdə tutulub.

Alınması nəzərdə tutulan “Zephyrs” PUA-larının özəlliyi, bu aparatın günəş enerjisi ilə çalışmasındadır. Belə ki, bu PUA enerji balonu elektrikə qoşulmadan günlərlə havada qala bilir. Çəkisi yüngüldür və uçuşun həyata keçirilməsi üçün xüsusi meydançaya ehtiyacı yoxdur.

“Zephyrs” Britaniyanın “Qinetiq” şirkəti tərəfindən yaradılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş