Britaniya PUA-ya qarşı mübarizə aparmaq üçün yeni kompleks yaratdı

Böyük Britaniyanın üç şirkəti birgə fəaliyyətləri sayəsində pilotsuz uçuş aparatını (PUA) asanlıqla məhv edə biləcək kompleks yaradıblar.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumata görə, “Auds” adlanan PUA əleyhinə sistem uçan avadanlığın uzaqdan idarə olunan cihazından çıxan siqnalı aşkar edərək, onu öz komandası altına alır.

Kompleks radar və infraqırmızı kameradan ibarətdir. İlkin olaraq kamera PUA-nı aşkar edir, sonra isə infraqırmızı kamera vizual izləməni həyata keçirir. Bundan sonra isə PUA-ya qarşı güclü radiosiqnal ötürülür. Bununla da PUA-nın öz operatoru ilə əlaqəsi kəsilir.

Bütün bu proses 25 saniyə çəkir.

Kompleks “Enterprise Control Systems”, “Blighter Surveillance Systems” və “”Chess Dynamics” şirkətləri tərəfindən yaradılıb.

auds_001-2

KATEQORIYA:
Bu xəbəri paylaş