Britaniyanın müdafiə nazirindən NATO-ya müraciət: “Qərbi Rusiyadan gələn kiber hücumlardan qoruyun”

“NATO qərb demokratiyasını Rusiyadan gələn kiber hücumlardan qorumalıdır”

“AzeriDefence”nin məlumatına görə, bu açıqlamanı Böyük Britaniyanın müdafiə naziri Maykl Fellon deyib.

O bildirib ki, NATO rusiyalı hakerlərin kiber hücumlarından qorunması üçün planlı şəkildə tədbirlər görməli və bununla mübarizə aparmalıdır.

M.Fellon bu məsələdə ABŞ-ın mövqeyini də tənqid edib.

Rusiyanı ittiham edən Fellon deyib ki, bu ölkə kiber hücumlar sayəsində qərb dövlətlərində xaos və təxribatlar yaratmağa cəhdlə məşğuldur. Bu isə qərbin demokratik infrastrukturuna qarşı “müharibə” elan etməkdir.

Onun sözlərinə görə, ötən il Rusiyadan qərb ölkələrinə edilən kiber hücumların sayı hədsiz çox olub. Rusiyanın bu əməli NATO ölkələrinin milli təhlükəsizliyinə hədəddir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş