Britaniyanın Tip-23 freqatları yeni ZRK-lərlə təchiz olunur

Böyük Britaniyanın “GWS 35 Sea Ceptor” hava hücumundan müdafiə sisteminin “HMS Argyll” döyüş gəmisində atəş sınaqları keçirilib.

“AzeriDefence” xəbər verir ki, bu barədə MBDA şirkəti məlumat yayıb.

Bildirilib ki, Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələri 2018-ci ilin əvvələrində istismara qəbulu planlaşdırlan Tip-23 “HMS Argyll” freqatında “GWS 35 Sea Ceptor” zenit-raket kompleksinin (ZRK) ilk sınaqları uğurla başa çatıb.

MBDA şirkətinin istehsalı olan GWS 35, hazırda Böyük Britaniya Ordusunun silahlanmasında olan “GWS 26 Mod 1 VL Seawolf – VLSW” ZRK-ləri əvəz etməsi üçün 13 ədəd Tip-23 “HMS Argyll” freqatlarına inteqrasiya olunur.

KATEQORIYA:
Bu xəbəri paylaş