BTR-4-ün İndoneziyadakı ilk testləri uğursuzluqla nəticələnib

İndoneziya Dəniz Piyadalarının (Korps Marinir/KORMAR) Ukraynadan aldığı BTR-4 transportyorunun ilk testləri uğursuzluqla nəticələnib.

Bu barədə “AzeriDefence” xarici mediaya istinadən məlumat verib.

Ukraynanın Xarkov Maşınqayırma və Konstruktor Bürosunun istehsalı olan BTR-4 zirehli maşını suda sınaqları zamanı maksimum sürətlə hərəkət edərkən texniki problemlərlə qarşılaşıb.

KORMAR BTR-4 transportyorun istehsal prosesini təkrar nəzərdən keçirməyə qərar verib.

Məlumatda o da bildirilib ki, 2014-cü ilin fevralında İndoneziya Müdafiə Nazirliyi ilə “Ukroboronprom” dövlət şirkəti arasında BTR-4 APC istehsalı ilə bağlı müqavilə bağlanıb. 2016-cı ilin sentyabrında isə BTR-4 APC sifarişçiyə təhvil verilib. BTR-4 versiyalı 8×8 təkər formuluna malik zirehli desant maşını quruda maxsimum sürəti 110 km/saat, suda isə 10 km/saat təşkil edir.

KATEQORIYA:
Bu xəbəri paylaş