BTR-82A Rusiyada rəsmən silahlanmaya qəbul edildi

Rusiya Müdafiə Nazirliyi BTR-82A tipli zirehli transportyoru rəsmən silahlanmaya qəbul edib. Bu barədə “AzeriDefence” “İnterfaks” agentliyinə istinadən məlumat verib.

BTR-82A və BTR-82 1986-cı ildən silahlanmada yer alan BTR-80 zirehli transportyorunun müasirləşdirilmiş versiyasıdır.

BTR-82 14.5 mm çaplı KPVT pulemyotu, BTR-82A isə 30 mm çaplı 2A72 topu ilə təchiz edilib. Bundan başqa, hər iki zirehli maşın 7.62 mm-lik PKTM pulemyotu ilə silahlandırılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş