Bu gün döyüş meydanında qalmış hər iki tərəfin hərbçilərinin meyitləri götürüləcək

Aprel ayının 8-də Bakı vaxtı ilə saat 15.00-dan başlayaraq qoşunların təmas xəttində atəşkəs rejiminin bərpa olunması barədə razılığa gəlinib.

Bu barədə “AzeriDefence”yə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

ATƏT nümayəndələri və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə saat 15.00-dan 20.00-dək döyüş meydanında qalmış hər iki tərəfin hərbi qulluqçularının meyitlərinin götürülməsi prosesinin həyata keçirilməsi planlaşdırılır.

Əlavə məlumat veriləcək.

KATEQORIYA:
Bu xəbəri paylaş