Bu gün “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının yaradılmasından 28 il ötür

Bu gün “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının yaradılmasından 28 il ötür

Bu gün “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının yaradılmasından 28 il ötür.

Azeri Defence saytının məlumata görə, ümummilli lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildikdən dörd gün sonra, 1991-ci il sentyabrın 7-də Dövlət Müdafiə Komitəsinin yaradılması barədə qərar qəbul edib. Bununla da, Azərbaycanda vahid komandanlığa tabe olan ilk milli ordunun əsası qoyulub. 1992-ci il avqustun 22-də Naxçıvanda sərhəd dəstəsində ilk dəfə müstəqil Azərbaycanın üçrəngli bayrağı qaldırılıb. Bununla da, muxtar respublikanın sərhəd xidməti həyata keçirilən 215 kilometrlik sərhəd ərazisi ilk dəfə olaraq milli Sərhəd Qoşunları tərəfindən mühafizəyə qəbul edilib.

Prezident İlham Əliyevin Dövlət Sərhəd Xidməti ilə bağlı bir çox fərman və sərəncamlar imzalayıb, normativ-hüquqi baza təkmilləşdirilib, maddi-texniki təminat və döyüş hazırlığı artırılıb.

Ali Baş Komandan İlham Əliyevin 2004-cü il 14 yanvar tarixli Fərmanı ilə Naxçıvan Sərhəd Dəstəsinin bazasında Sərhəd Diviziyası, 2015-ci il 17 avqust tarixli Fərmanı ilə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası yaradılıb, Naxçıvanda sərhədlərimizin mühafizəsi istiqamətində həyata keçirilən tədbirlər yeni mərhələyə qədəm qoyub.

Sərhəd Qoşunlarının formalaşması və inkişafı istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər bu gün də muxtar respublikada uğurla davam etdirilir, hərbi qulluqçulara hərtərəfli dövlət qayğısı göstərilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə muxtar respublikada sovet dövründən qalan sərhəd zastavalarının yerində müasir sərhəd zastava kompleksləri tikilərək istifadəyə verilib, sərhədçilərin xidmət və məişət şəraiti əsaslı şəkildə yaxşılaşdırılıb. t

Ötən dövrdə Şərur və Culfa sərhəd komendantlıqları, müasir tələblərə uyğun sərhəd zastavaları, zabit-gizir ailələri üçün yaşayış binaları tikilərək sərhədçilərin istifadəsinə verilib. Hərbi infrastruktur quruculuğu istiqamətində görülən işlər 2020-ci ilin ötən dövründə də diqqət mərkəzində saxlanılıb, Şərur rayonunda 3-cü Sərhəd Zastavası üçün xidmət və yaşayış kompleksi istifadəyə verilib, eləcə də 8-ci Sərhəd Zastavası üçün infra­struktur obyektlərinin tikintisi başa çatdırılıb. Sərhəd zastavalarına çəkilən yollar üzərində 12 körpü yenidən tikilib. Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin olunması məqsədi ilə dövlət sərhədi boyunca siqnalizasiya sistemi yaradılıb və müasir tipli kameralar qurlaşdırılıb.

“Dəmirçi” və “Nehrəm” sərhəd zastavalarının bazasında yenidənqurma və kompleks tikinti işləri aparılıb.

Nehrəm Təlim Mərkəzində və Culfa sərhəd komendantlığının Təlim Mərkəzində yenidənqurma və təkmilləşdirmə işləri aparılıb. Sərhəd Diviziyasında 560 yerlik əsgər yataqxanasında əsaslı təmir işləri davam etdirilir.

Şəxsi heyətin təminat və təchizatının yaxşılaşdırılması, sərhəd zastavalarının müasir texnika və avadanlıqlarla təmin edilməsi də daim diqqət mərkəzində saxlanılır. Yaradılan müasir infrastruktur və maddi-texniki təchizat döyüş hazırlığının yüksəldilməsinə və peşəkar kadr təminatına öz töhfəsini verilib.

Əlahiddə sərhəd diviziyasının ştat strukturunda dəyişiklik və əlavələr edilib, Araz su anbarında sərhədlərin etibarlı mühafizəsinin təmin edilməsi məqsədilə sahil mühafizə qrupu yaradılıb. “Gizir hazırlığı” və “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı” kurslarında Sərhəd Diviziyası üçün mütəxəssislərin hazırlanması və bu kurslarda hərbi qulluqçuların təhsil alması təşkil olunub.

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında xidməti vəzifələrini layiqincə yerinə yetirən əsgər, çavuş, gizir və zabitlər həmişə yüksək dövlət mükafatlarına layiq görülürlər. Ötən dövrdə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının 5 hərbi qulluqçusu yüksək dövlət mükafatına layiq görülüb, 365 hərbi qulluqçu isə müxtəlif medallarla, eləcə də 4 zabit vaxtından əvvəl rütbə ilə təltif olunub.

 

KATEQORIYA:
Bu xəbəri paylaş