Bu il 95 gəmiyə Azərbaycanın Dövlət Bayrağı altında üzmək hüququ verilib

Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının tabeliyindəki Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi  Tərəfindən 2016-cı ildə xarici dövlət bayrağı altında üzən və Azərbaycana səfər edən 1105 gəminin və Azərbaycanın ərazi sularında keçən 630 gəminin naviqasiya ötürülməsi təmin edilib.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Dövlət Dəniz Adminstrasiyasının illik hesabatında bildirilib.

2016-ci ilin müvafiq dövrü ərzində Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən 132 gəmidə və xarici dövlətlərin bayrağı altında üzən 60 gəmidə nəzarət yoxlaması həyata keçirilib. Xarici dövlətlərin bayrağı altında üzən 60 gəmidən 26-sı Rusiya Federasiyasına, 19-u İran İslam Respublikasına, 4-ü Qazaxıstan Respublikasına və 11-i Türkmənistan Respublikasına məxsus olub.

2016-cı il ərzində Dövlət Dəniz Administrasiyası tərəfindən 95 gəmiyə “Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ haqqında Şəhadətnamə”, 27 gəmiyə “Mülkiyyət hüququ haqqında Şəhadətnamə”, 96 gəmiyə “Minimum heyət tərkibi haqqında Şəhadətnamə”, 38 gəmiyə “Neftlə çirklənmədən vurulan zərərə görə mülki məsuliyyətin maliyyə təminatı haqqında Şəhadətnamə”, 16 gəmiyə “gəminin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamə”, 146 gəmiyə “Bunker yanacağı ilə çirklənmə nəticəsində vurulan zərərə görə mülki məsuliyyət ilə bağlı sığorta və ya digər maliyyə təminatı haqqında Sertifikat”, 10 gəmiyə “Azərbaycan Respublikasının Dövlət gəmi reyestrindən və Berbout-çarter reyestrindən çıxarış”, 22 gəmiyə “Gəmi tarixinin fasiləsiz qeydlər sənədi” və 3 gəmiçilik şirkətinə “Dənizçilik şirkətinin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamə verilib.

KATEQORIYA:
Bu xəbəri paylaş