Bu il Rusiya HHQ 2 ədəd T-50 PAK-FA döyüş təyyarəsi alacaq

“Suxoy” Korporasiyası 2017-ci ildə Rusiya Hərbi Hava Qüvvələrinə daha iki ədəd T-50 PAK-FA döyüş təyyarəsi təhvil verəcək.

“AzeriDefence”nin xarici mətbuata istinadən verdiyi məlumata görə, Rusiya müdafiə naziri Sergey Şoyqu Komsomolsk-Amurda yerləşən “Qaqarin” müəssisəsinə səfəri zamanı qeyd edib ki, PAK FA proqramı artıq son mərhələyə çatıb.

“Onuncu və onbirinci təyyarələri bu il ərzində təhvil alıb, sınaq təlimlərinə başlayacayıq”, – deyə nazir vurğulayıb.

Rusiya Müdafiə Nazirliyi ilk T-50 təyyarəsinin tədarükünü 2018-2025 silahlanma proqramı çərçivəsində həyata keçirməyi planlaşdırır

KATEQORIYA:
Bu xəbəri paylaş