Bu il şəhid ailələrinə və Qarabağ əlillərinə 1500 mənzil veriləcək

Bu il şəhid ailələrinə və Qarabağ əlillərinə 1500 mənzil veriləcək

“Şəhid ailələri və Qarabağ əlilləri üçün bu il daha çox evlər tikilməlidir”.

“AzeriDefence”nin məlumatına görə, bunu Prezident İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə deyib.

Prezident İlham Əliyev bu məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göstəriş verib.

“Əgər keçən il 934 mənzil verilmişdisə, bu il hesab edirəm ki, 1500 mənzil verilməlidir. Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi bu məsələ ilə bağlı müvafiq göstərişlər versinlər. Beləliklə, əgər biz buna nail olsaq, əminəm ki, buna nail olacağıq, onda növbədə cəmi 2000 ailə qalacaq. Onları da biz yaxın illərdə evlərlə təmin edəcəyik”, – deyə dövlət başçısı bəyan edib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş