Bu il şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 1350-dək ev verilib

Bu il şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 1350-dək ev verilib

Şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlərin davamı olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu gün ölkənin bir sıra rayonlarında daha 64 mənzil və fərdi ev həmin kateqoriyadan olan vətəndaşlara verilib.

Bu barədə “Azeri Defence”ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilib ki, bu il şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 1350-dək mənzil və fərdi ev təqdim edilib.

KATEQORIYA:
Bu xəbəri paylaş