Bu il Ukrayna HDQ-yə “Bayraktar TB2” PUA-ları tədarük ediləcək

Bu il Ukrayna HDQ-yə “Bayraktar TB2” PUA-ları tədarük ediləcək

Bu il Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələri Türkiyənin “Baykar Makina” şirkəti tərəfindən istehsal olunan “Bayraktar TB2” pilotsuz uçuş aparatları (PUA) alacaq.

“Poliqon”un “Defense Express”ə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Oleksiy Neizpapa, Odesada Türkiyənin “Baykar Makina” şirkətinin nümayəndələri ilə görüş zamanı bildirib.

“Bu il Ukrayna Hərbi Dəniz Qüvvələri həm quruda, həm də dənizdə fəaliyyət göstərəcək müasir imkanlara sahib pilotsuz uçuş aparatları kompleksi əldə edəcək”, – deyə Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanı deyib.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş