Bu kəndlərimiz işğaldan azad edildi – ŞAD XƏBƏR

Bu kəndlərimiz işğaldan azad edildi – ŞAD XƏBƏR

Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatlar nəticəsində işğal altındakı bir sıra kəndlər və əlverişli ərazilər azad olunub.

Azeri Defence saytının məlumatına görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov məlumat verib.

A.Eyvazovun sözlərinə görə, Füzuli–Cərbayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı, Nüzgar kəndləri azad edilib.

Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər nəzarətə götürülüb.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş