“Bumeranq” zirehli maşını ixraca təqdim edilir

“Bumeranq” zirehli maşını ixraca təqdim edilir

“Rosoboronexport” şirkəti tərəfindən hazırlanan və istehsal edilən “Bumeranq” zirehli maşının xarici bazarda təqdimatına başlanılıb.

Bu barədə “AzeriDefence”ə “Rosoboronexport” şirkətindən məlumat verilib.

“Bumeranq” zirehli maşını Rusiya Müdafiə Nazirliyinin sifarişi əsasında hazırlanıb. Şirkət mütəxəssislərinin sözlərinə görə, “Bumeranq” hərbi əməliyyatlar üçün müasir və gələcək tələblərə cavab verən yüksək döyüş qabiliyyətlərinə malikdir.

“Bumeranq”ın unikallığı, dizaynı sayəsində müxtəlif silah və avadanlıqlarla təchiz edilə bilməsi və eyni bazada müxtəlif konfiqurasiyaların yaradılmasının mümkünlüyü göstərilib.

“Rosoboronexport”un baş direktoru Aleksandr Mixeyev bildirib ki, Afrika, Yaxın Şərq, Cənub-Şərqi Asiya və MDB ölkələri artıq “Bumeranq”a maraq göstərirlər. Yaxın gələcəkdə bu platformanın ixrac həcmini təxminən 1 milyard ABŞ dolları səviyyəsində qiymətləndirirlər.

 

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş