Bundesvehr “Rheinmetall” şirkətinə 2 milyard avro dəyərində avtomobil sifariş verib

Bundesvehr “Rheinmetall” şirkətinə 2 milyard avro dəyərində avtomobil sifariş verib

“Rheinmetall” şirkəti Almaniyanın Müdafiə Nazirliyi (Bundesvehr) ilə 2 milyard avro dəyərində 4000 ədəd hərbi avtomobilin tədarükünə dair müqavilə imzalayıb.

Bu barədə “Azeri Defence” “Rheinmetall” şirkətinin media mərkəzindən məlumat verilib.

Bundesvehrin Texnikas, İnformasiya Texnologiyaları və Xidmətə Dəstək üzrə Federal İdarəsi (BAAINBw) ilə imzalanmış müqavilə çərçivəsində “Rheinmetall MAN” (RMMV) şirkətinin istehsalı olan, əksəriyyəti zirehli kabinəyə sahib nəqliyyat vasitələrinin müxtəlif konfiqurasiyaları tədarük olunacaq.

Müqavilənin icrası 2021-ci ildən 2027-ci ilə qədər davam edəcək. İlk tranşda şirkət Bundesver üçün 230 ədədi zirehli olmaqla, 540 nəqliyyat vasitəsi çatdırmalıdır. Birinci partiyanın çatdırılması 2021-ci ilin əvvəlində başlayacaq. İlk partiyada HX 8×8 avtomobillərinin tədarükü planlaşdırılır.

KATEQORIYA:
Bu xəbəri paylaş